• 22 Sentyabr 2024 08:38

Qarabağ Universiteti Xankəndidə yerləşəcək

Qarabağ Universiteti Xankəndi şəhərində yerləşəcək.

 

Tacxeber.com xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Qarabağ Universitetinin Nizamnaməsi”ndə əksini tapıb.

Universitetin fəaliyyət istiqamətləri aşağıdakılardır:

 

– bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislərin hazırlanması;

 

– magistratura təhsil səviyyəsində ixtisaslaşmalar üzrə ayrıayrı ixtisas sahələrinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsi;

 

– doktorantura təhsil səviyyəsində yüksəkixtisaslı elmi kadrların hazırlanması, ixtisas və elmi dərəcələrin yüksəldilməsi;

 

– orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsi;

 

– elmin müxtəlif sahələri və istiqamətləri üzrə tədqiqatların aparılması.

Tacxeber.com

Oxşar xəbərlər