Rusiya 3 ölkənin diplomatlarını çağırıb, hədələdi
Latviya, Litva və Estoniyanın müvəqqəti işlər vəkilləri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Tacxeber.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
Onun sözlərinə görə, Moskva həmin ölkələrdə Rusiya prezident seçkilərində səsvermənin təhlükəsizliyini təmin etməyi tələb edib.