• 22 Sentyabr 2024 03:19

Rusiyalı deputat: “Seçki məntəqələrində belə uzun növbələrə az rast gəlinir”

Rusiyalı deputat: “Seçki məntəqələrində belə uzun növbələrə az rast gəlinir”

Seçki məntəqələrində belə uzun növbələrə tez-tez rast gəlinmir.

 

Bunu Azərbaycanda növbədənkənar prezident seçkisində səsvermə prosesini müşahidə edən Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov deyib.

 

 

O vurğulayıb ki, belə bir fəallıq xalqın birliyindən xəbər verir:

 

“Qeyd etmək istərdim ki, hər bir məntəqədə müxtəlif ölkələrdən və ictimai təşkilatlardan çoxlu müşahidəçi var”.

 

Rusiyalı deputat bildirib ki, səsvermə prosesinin monitorinqi zamanı heç bir qanun pozuntusu aşkar edilməyib. O, həmçinin seçki məntəqələrinin mütəşəkkil işini də qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər