• 28 Noyabr 2024 11:48

Uşaqların bədənini zibil məhsullar, beynini telefon zədələyir – Pediatrdan ÇAĞIRIŞ

 

“Uşaqların bədənini zibil məhsullar, beynini telefon zədələyir. Sonra da psixoloqlarda seanslar, həkimlərdə gəzmək, dərmanlar…”

 

Tacxeber.com xəbər verir ki, bunu pediatr Aytən İsmayılzadə deyib. O valideynlərə çağırış edərək övladlarını zərərli qidalardan uzaq tutmağa çağırıb:

“Bilsəm ki, həqiqətən valideynlər etdiyini başa düşmür, özümə ayıracağım vaxtdan onları öyrətməyə ayıraram. Amma görürəm ki, onların özlərinin beyni də çox yuyulub. Çünki, qəbulda saatlarla danışsam da, baxışlarında dəyişiklik hiss etmirəm. Ya anlada bilmirəm, ya da anlamaq istəmirlər. Düzü, necə edək bilmirəm. Məhvə doğru gedən insan populyasiyasına acıyıram.
Hələ görün, bu gün telefon asılığından əziyyət çəkən uşaqları nə gözləyir. Manqurt kütlə formalaşacaq. Ağzında fri kartof, əlində telefon.

 

Necə edək? Otağımda zərərli məhsulları göstərən şəkil asmışam, lövhəyə olar-olmazları yazmışıq. Yazırıq, efirdə danışırıq.

 

Hər pediatr otağında zərərli məhsullardan uzaq durmağı göstərən şəkillər olmalıdır. Məktəblərdə də paylanmalıdır. Bağça uşaqlarının isə valideynlərinə verilməlidir.

 

Bu işdə Elm və Təhsil, Səhiyyə Nazirlikləri, TƏBİB valideynin öz uşağı üçün narahat olduğu kimi narahat olmalıdır”, – deyə o əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər