• 28 Noyabr 2024 03:08

AYNA 1 milyonluq yol nişanları alır – Qalib şirkət kimə məxsusdur?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yol nişanları, dirəklər, sürət məhdudlaşdırıcı süni maneələr, məlumat lövhələri və tənzimləyici nəqliyyat güzgülərinin satın alınması ilə bağlı tenderə yekun vurub.

 

Tenderin qalibi “Yol Xətt” MMC seçilib.

 

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 986 031,6 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “Yol Xətt” MMC 3 iyul 2006-cı il tarxidə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, 11-ci Dağlıq 3105-ci məhəllədə yerləşir. MMC-nin qanuni təmsilçisi isə Həsənov Zaur Mayıl oğludur.

 

“Yol Xətt” MMC 2015-ci ilə “3A” MMC adı altında fəaliyyət göstərib. Həmin ildən isə adı dəyişdirilib.

 

Mediada gedən məlumatlara görə, şirkət Zaur Həsənova məxsusdur. O, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yanında “1 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin rəhbəri olub.

 

Dövlət satınalmalarının vahid elektron portalında yerləşdirilən məlumatlardan aydın olur ki, “Yol Xətt” MMC əsasən ləğv edilmiş Bakı Nəqliyyat Agentliyinin (BNA) tenderlərinin qalibi olub. Məlumat üçün deyək ki, AYNA BNA-nın bazasında yaradılıb. (Valyuta)

 

Tacxeber.com

Oxşar xəbərlər