• 24 Noyabr 2024 21:31

Azərbaycan qazının qiyməti bu il artacaq – PROQNOZ + CƏDVƏL

Azərbaycan qazının qiyməti bu il artacaq - PROQNOZ + CƏDVƏL

Beynəlxalq Valyuta Fondu (BVF) 2029-cu ilə qədər Azərbaycan qazının min kubmetrinin orta qiyməti üzrə proqnozunu açıqlayıb.

 

 

 

Tacxeber.com APA-ya istinadən xəbər verir ki, bu, BVF-nin İcraiyyə Şurasının Azərbaycan hökuməti ilə IV maddə üzrə məsləhətləşmələrin yekunlarına əsaslanan qiymətləndirməsində (2023-cü ilin noyabr ayında aparılıb – İF) öz əksini tapıb.

 

Proqnoza əsasən, bu il Azərbaycan qazının min kubmetrinin orta qiyməti 393,1 ABŞ dolları təşkil edəcək, bu da 2023-cü ilin göstəricisi ilə müqayisədə 8,3 ABŞ dolları və ya 2,16% çoxdur.

 

Qeyd olunub ki, 2023-cü ildə Azərbaycan qazı kəskin ucuzlaşıb. Belə ki, ötən il bu göstərici 384,8 dollar səviyyəsində olub ki, bu da illik müqayisədə 355,2 dollar və ya 48% azalma deməkdir.

 

Bununla yanaşı, BVF gələn il qazın qiymətinin azalmasının, 2026-cı ildə isə yenidən artacağını gözləyir. Azərbaycan qazının qiyməti üzrə 2027-2028-ci illər üçün Fond azalma dinamikasını proqnozlaşdırır.

 

Azərbaycan qazının qiymətinin illər üzrə dinamikası (BVF qiymətləndirməsinə əsasən):

Tacxeber.com

Oxşar xəbərlər