• 22 Sentyabr 2024 17:18

Şirkətlərin “Facebook” səhifəsi necə oğurlanır?

Şirkətlərin "Facebook" səhifəsi necə oğurlanır?

Ötən həftələrdə məşhur şəxslərin “Instagram” hesabının oğurlanması barədə danışdıq. Bu dəfə isə şirkətlərin daha dəqiq desək, məşhur sığorta şirkətlərindən birinin “Facebook” səhifəsi oğurlanması gündəmdədir. 

 

Tacxeber.com xəbər verir ki, “Operativ Media”ya açıqlama verən sosial media üzrə mütəxəsis Həsən Fətəliyev deyir ki, sosial medianın Azərbaycan seqmentinin hədəf seçilməsi heç də təsadüfi deyil.

 

“Şirkətlər öz səhifələrini qorumaq üçün adi “facebook” hesabı kimi yox, sözün əsl mənasında şirkət səhifəsi kimi idarə etməlidir. Burada idarə etmək dedikdə, təkcə kontent istehsalını nəzərdə tutmuram. Eyni zamanda təhlükəsizlik tədbirləri də daha ciddi riayət olunmalıdır. Bu gün əksər şirkətlərin facebook səhifələrinə baxsaq, səhifədə əsas admin kimdir, səhifə sahibi kimdir heç biri bəlli deyil. Şirkət sahibləri bu mövzuların ciddiyyətini ancaq səhifələr oğurlandıqdan sonra anlayırlar. Hətta bəzi sahibkarlar səhifələrin idarəçiliyində professional dəstək də almırlar. Belə deyək, “əşi səhifədir də, mən də idarə edərəm” tipli cümlələrin məntiqi sonluğu bu cür hadisələrdir. Səhifənin admini olan şəxsin hesabı nə qədər qorunur, təhlükəsizlik tədbirləri nə qədər riayət olunur. Ya da bu şəxs hər formada link dəvətlərinə daxil olacaq mı bunlara nəzər yetirmək lazımdır. Səhifəniz başqa biznes hesabının tərkibindədirsə, onda sizin səhifənizə çox rahat müdaxilə etmək olar”
Mütəxəsis deyir ki, səhifələr əsasən bilinən 3 üsul vasitəsilə oğurlanır. Bunlar “Pishing”, “Fake mail”, “Keylogger” .

 

“Phishing” (Fişinq) əsasən oğurlamaq istədiyiniz istifadəçiyə spam linki göndərmək vasitəsilə olur. “Keylogger” qarşı tərəfin sizin göndərdiyiniz linkə daxil olması ilə məlumatın sizə ötürülməsi təmin edilir. “Fake mail” saxta mail adresi yaratmaqla əldə olunur. Bankdan, qurumlardan gələn məktublara etibar edən istifadəçi hesabı oğurlanana qədər bunun fərqində olmur.

 

Hesabı necə qorumaq olar? Güclü şifrə təmin edilməlidir. Meta hesabından istifadə zamanı “Facebook” səhifəsinin “hesab sahibi” funksiyasına mütləq baxmaq lazımdır. Autentifikasiya proqramlarından istifadə etmək lazımdır. Səhifə adminliyində idarəçilər hissəsi mütəmadi nəzarətdə olmalıdır”.

sharethis sharing button

Oxşar xəbərlər