“Qulaqlıqda çox uzun müddət musiqi dinləmək sağlamlığınız üçün təhlükəli ola bilər”.
Tacxeber.com xəbər verir ki, bunu otorinolarinqoloq Şaqabutdin Musayev NEWS.ru-ya deyib.
“Orta hesabla siz gündə üç-beş saat qulaqlıqdan istifadə edə bilərsiniz, lakin yüksək tezliklərdə deyil. İltihabi proses başlaya, hətta yataq yarası da yarana bilər”, – həkim izah edib.
Musayev əlavə edib ki, evdə musiqi dinləmək üçün dinamiklərdən istifadə etmək daha yaxşıdır:
“Bu, eşitmə cihazının yükünü azaltmaq üçün lazımdır”.