• 24 Noyabr 2024 05:05

Məşhur milyarder Rusiya vətəndaşlığından imtina etdi 

Məşhur milyarder Rusiya vətəndaşlığından imtina etdi 

“Coalco International” şirkətinin keçmiş sahibi, milyarder Vasili Anisimov Rusiya vətəndaşlığından imtina edib. 

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Forbes” biznesmenin təqdim etdiyi sənədlərə istinadən yazıb.

2022-ci ilin dekabrında Vasili Anisimov Xorvatiya vətəndaşlığını alıb. Bu barədə milyarderin Böyük Britaniyadakı Şirkətlər Evinə müraciət etdiyi bildirişdə qeyd edilib.

 

Bundan əlavə, milyarderdə 1990-cı illərdə aldığı Dominikan Respublikasının vətəndaşlığı da var.

Tacxeber.com

Oxşar xəbərlər