• 20 Sentyabr 2024 12:28

“Zirə” yarımfinalda, “Qarabağ” “Sabah”a qarşı – Yenilənir

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

 

İlk oyun gününə nəzərdə tutulan 2 cavab görüşündən 1-i artıq başa çatıb. “Zirə” ilk matçda qalib gəldiyi (2:1) “Səbail”lə bu dəfə evdə qarşılaşıb. Rəşad Sadıqovun komandası 3:0 hesablı qələbə ilə yarımfinala yüksəlib..

 

“Qarabağ” isə ilk oyunda darmadağın etdiyi (7:1) “Sabah”ı qəbul edəcək. Bu matç isə saat 20:00-da start götürəcək.

 

Qeyd edək ki, 1/4 final mərhələsinin digər cavab matçları fevralın 9-da keçiriləcək.

 

Azərbaycan kuboku, 1/4 final, cavab oyunları

 

8 fevral

 

17:00. “Zirə” – “Səbail” – 3:0

 

Qollar: Abbas İbrahim, 4 (1:0), Rəhim Sadıxov, 42, Rafael Utziq, 74

 

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev

 

İlk oyun – 2:1.

 

20:00. “Qarabağ” – “Sabah”

 

Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Kamranbəy Rəhimov

 

İlk oyun – 7:1.

 

9 fevral

 

16:00. “Qəbələ” – “Araz-Naxçıvan”

 

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev

 

İlk oyun – 1:1

 

19:00. “Neftçi” – “Sumqayıt”

 

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Nicat İsmayıllı

 

İlk oyun – 3:2

 

Yarımfinalda qarşılaşacaqlar

 

“Zirə” – “Səbail” cütünün qalibi / “Qəbələ” – “Araz-Naxçıvan” cütünün qalibi

 

“Neftçi” – “Sumqayıt” cütünün qalibi / “Qarabağ” – “Sabah” cütünün qalibi (Qol)

 

Tacxeber.com

Oxşar xəbərlər