• 24 Noyabr 2024 08:06

Hansı viruslara yoluxmaq xərçəng yaradır? – SİYAHI

Hansı viruslara yoluxmaq xərçəng yaradır? - SİYAHI

 

Rusiyalı mütəxəssislər xərçəng yaradan virusların adlarını açıqlayıblar.

 

Tacxeber.com “Oxu.az”a istinadən xəbər verir ki, siyahıda ilk yerdə hepatit B və hepatit C virusları gəlir. Alimlər bildiriblər ki, bu viruslar bəzən qaraciyər infeksiyası yaradır ki, o da sonda xərçəngə çevrilə bilər.

“Kapoşi sarkoması ilə əlaqəli herpes virusu (KSHV) qan damarı xərçəngi və iki növ lenfoma riskini artırır”, – deyə onlar bildiriblər.

 

Elm adamları “Merkel poliomavirusunu” (MCPyV) da bu siyahıya əlavə ediblər. Onların sözlərinə görə bu virus dəriyə təsir edir və adətən simptomlar olmadan baş verir. Bəzilərində “Merkel hüceyrəli karsinoma” adlı nadir dəri xərçənginə səbəb olur.

 

“Həmçinin 200-dən çox qrupdan ibarət olan “İnsan papilloma virusu”nun (HPV) təxminən 13 növünün onkogen olduğu sübut edilib. Onlar uşaqlıq boynu, vulva, qadın və kişi cinsiyyət orqanları, badamcıq və ya dil xərçənginə səbəb ola bilər”, – deyə alimlər bildiriblər.

 

Mütəxəssislər “insan immunçatışmazlığı virusu”na (İİV) yoluxmuş insanların immun sistemi zəif olduğundan onların xüsusilə sarkoma və lenfoma olma riskinin yüksək olduğu barədə xəbərdarlıq ediblər.

 

Siyahıda “İnsan T-limfotrop virusu”nun (HTLV) da adı var. Bildirilir ki, bu viruslar leykositlərin bir növü olan “T hüceyrələri”ni yoluxdurur, leykomiya və limfomaya səbəb ola bilər.

 

Siyahıda sonuncu yerdə “Epşteyn-Barr virusu” (“Human herpesvirus 4”) gəlir. Bildirilir ki, bu virusa yoluxanlarda əksər vaxt heç bir simptom olmur. Virus mononukleoz və viral meningitdən pnevmoniyaya qədər digər daha ciddi xəstəliklərə səbəb ola bilər.

 

“Epşteyn-Barr virusu”nun yarada biləcəyi xərçəng növləri müxtəlif limfomalar, yuxarı udlaq xərçəngi, yumşaq toxuma xərçəngi, transplantasiya sonrası limfoproliferativ xəstəlik yarada bilər”, – deyə alimlər qeyd ediblər.

 

Mütəxəssislər xərçəngi ilkin mərhələdə müəyyən etmək üçün risk altında olanları HİV, sifilis, hepatit B və hepatit C virusları, yüksək onkogen riskli HPV, “Epşteyn-Barr virusu”ndan müayinələrdən keçməyə çağırıblar.

 

Elm adamları onu da bildiriblər ki, bu viruslardan birinə yoluxmaq, mütləq xərçəng xəstəliyinə tutulacağı anlamına gəlmir.

Tacxeber.com

Oxşar xəbərlər