• 23 Noyabr 2024 13:15

Karlson Putindən amerikalı jurnalisti azad etməsini istədi – Rusiya liderinin cavabı

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibə verib.

 

Tacxeber.com xəbər verir ki, müsahibənin sonunda T. Karlson 2023-cü ilin aprelin Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən casusluq ittihamı ilə saxlanılan “The Wall Street Journal” qəzetinin əməkdaşı Evan Gerşkoviçi azad etməsini, onlarla birlikdə ABŞ-yə dönməsinə icazə verməsini istəyib.

“Onun 32 yaşı var, amerikalı jurnalist, bir ildən artıqdır ki, həbsdədir, bu, ABŞ-də böyük bir hekayədir. Sizdən soruşmaq istəyirəm: Siz xoşməramlı jest olaraq onu azad etməyə hazırsınızmı ki, biz onu ABŞ-a apara bilək?” – deyə Karlson sual edib.

Vladimir Putinin cavabı isə belə olub:
“Biz o qədər xoşməramlı jestlər etmişik ki, mənə elə gəlir ki, bütün hədləri tükətmişik. Heç kim bizim xoşməramlı jestlərimizə oxşar jestlərlə cavab verməyib. Amma biz, prinsipcə, deməyə hazırıq ki, tərəfdaşlarımızdan qarşılığını görəcəyimiz təqdirdə bunu edə biləcəyimizi istisna etmirik.

Mən tərəfdaşlar deyəndə ilk növbədə xüsusi xidmət orqanlarının nümayəndələrini nəzərdə tuturam. Onlar bir-biri ilə əlaqə saxlayır və bu mövzunu müzakirə edirlər. Bizdə bu problemi həll etməmək barədə heç bir tabu yoxdur. Biz bunu həll etməyə hazırıq, lakin kəşfiyyat xidmətləri arasında tərəfdaş kanallar vasitəsilə müzakirə olunan müəyyən şərtlər var. Mənə elə gəlir ki, biz bununla razılaşa bilərik”.

Evan Gerşkoviç

Karlson bildirib ki, Gerşkoviç casus deyil, o, sadəcə uşaqdır:
“O, qanunlarınızı pozmuş ola bilər, lakin o, casus deyil və şübhəsiz ki, casusluq etməyib. Bəlkə o, hələ də başqa kateqoriyadadır? Bəlkə bunun müqabilində başqasından istəmək ədalətsizlik olardı?”
Putin isə bildirib ki, əgər bir şəxs məxfi məlumat alırsa və bunu gizli əsaslarla edirsə, buna casusluq deyilir:

“O da məhz belə etdi: qapalı, məxfi məlumatlar aldı və bunu da gizli etdi. Bilmirəm, bəlkə də kimsə onu bu işə cəlb edib, bəlkə də hər şeyi ehtiyatsızlıqla, öz təşəbbüsü ilə edib. Amma əslində buna casusluq deyirlər. Və hər şey sübuta yetirilib, çünki o, bu məlumatı alan zaman cinayət başında yaxalanıb”.

Tacxeber.com

Oxşar xəbərlər