Dünyanın “ən güclü” pasportları məlum oldu – Azərbaycan 70-ci yerdədir
Dünyanın ən güclü pasportlarının reytinqinə 6 ölkə başçılıq edir.
Tacxeber.com xəbər verir ki, bu barədə məlumat “Henley & Partners” şirkətinin 2024-cü il üçün açıqladığı “Pasport indeks”də yer alıb.
Fransa, Almaniya, İtaliya, Yaponiya, Sinqapur və İspaniya pasportları dünyanın “ən güclü” pasportları hesab olunurlar. Bu ölkələrin vətəndaşları dünyanın 194 ölkəsinə vizasız səfər edə bilərlər.
“Henley & Partners” şirkətinin tərtib etdiyi siyahıda region ölkələri aşağıdakı mövqeləri tutublar:
– Ukrayna – 32-ci yer (148 ölkəyə vizasız səfər)
– Moldova – 49-cu yer (122 ölkəyə vizasız səfər)
– Gürcüstan – 50-ci yer (121 ölkəyə vizasız səfər)
– Rusiya – 51-ci yer (119 ölkəyə vizasız səfər)
– Тürkiyə – 52-ci yer (118 ölkəyə vizasız səfər)
– Belarus – 64-cü yer (81 ölkəyə vizasız səfər)
– Qazaxıstan – 66-cı yer (78 ölkəyə vizasız səfər)
– Azərbaycan – 70-ci yer (72 ölkəyə vizasız səfər)
– Ermənistan – 74-cü yer (68 ölkəyə vizasız səfər)
– Qırğızıstan – 77-ci yer (65 ölkəyə vizasız səfər)
– Özbəkistan – 80-ci yer (62 ölkəyə vizasız səfər)
– Tacikistan – 81-ci yer (61 ölkəyə vizasız səfər)
– Türkmənistan – 89-cu yer (52 ölkəyə vizasız səfər)
– İran – 95-ci yer (45 ölkəyə vizasız səfər).
Qeyd edək ki, dünyanın ən zəif pasportuna Əfqanıstan vətəndaşları sahibdir. Əfqanıstan pasportu ilə cəmi 28 ölkəyə vizasız getmək mümkündür.