• 24 Noyabr 2024 00:21

“ABŞ İsrailə dəstəyi dayandıracaq və canını qurtarmaq üçün qaçacaq”

“Birləşmiş Ştatlar gec-tez İsraili dəstəkləməyi dayandıracaq; onları əvvəllər Əfqanıstan və İraqda olduğu kimi Qəzzada da eyni aqibət gözləyir”.

Tacxeber.com “Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyə parlamentinin spikeri Numan Kurtulmuş deyib.

“ABŞ-nin yeni təcrübə qazanmasına ehtiyac yoxdur. 20 ildən çox qaldıqları və tələsik qoşunları geri çəkməyə məcbur olduqları Əfqanıstanı götürək. İraqda onların günahı üzündən 1,5 milyona yaxın insan həlak oldu, orada heç bir daş qoymadılar. Artıq Qəzza zolağı yoxdur, yer üzündən silinib.

Amerika gec-tez İsraili dəstəkləməkdən əl çəkəcək, canını qurtarmaq üçün qaçacaq”, – Kurtulmuş bildirib.

Onun fikrincə, Yaxın Şərqdə baş verən hadisələr üçüncü dünya müharibəsinin artıq başladığını və hibrid formada aparıldığını göstərir:
“Söhbət təkcə Amerikadan getmir. Mən üçüncü dünya müharibəsinin artıq başladığına inananlardan biriyəm, əvvəlcə siyasi, sonra isə iqtisadi müharibədir.

İndi onlar yeni bir şey tapıblar – proksi müharibələr – və terror təşkilatlarından istifadə edərək mübarizə aparırlar”.

Tacxeber.com

Oxşar xəbərlər