“III Çarlz xərçəngi otlar və iksirlərlə müalicə edəcək”
Britaniya kral ailəsi eksperti və keçmiş BBC jurnalisti Tom Bauer bildirib ki, Kral III Çarlz ənənəvi xərçəng müalicəsi dərmanlarından imtina edə bilər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Daily Express” məlumat yayıb.
Bauerin sözlərinə görə, III Çarlz həmişə kimyaterapiyaya qarşı olub və alternativ təbabətə üstünlük verib:
“O, təbii otların, iksirlərin və bu kimi şeylərin tərəfdarıdır”.