• 25 Noyabr 2024 04:36

Qərbin Azərbaycandakı seçkilərlə bağlı mövqeyi son dərəcə qərəzli idi – Zaxarova

“Qərb ölkələrindən və onların nəzarətində olan beynəlxalq strukturların  Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı  mövqeyi əvvəlcədən  son dərəcə qərəzli oldğunu gördük. Bu seçki prosesini gözdən salmaq üçün əvvəlcədən  hazırlanmış üsulların tətbiqi idi”.

Tacxeber.com xəbər verir ki, bu fikir  Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bəyanatında deyilir.

 

“Rusiya tərəfi Azərbaycanda seçkilərin uğurla keçirilməsini alqışlayır. Azərbaycanla müttəfiqliyin və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə, beynəlxalq və regional məsələlər üzrə fəal birgə fəaliyyətə, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində üçtərəfli sazişlərin bütün kompleksinin yüksək səviyyədə həyata keçirilməsinə sadiqdir”,- Zaxarova qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər