• 24 Noyabr 2024 05:30

Partiyanın tədbirində silahlı hücum – Xəsarət alan var

Türkiyədə Ədalət və İnkişaf Partiyasının (AK Partiya) tədbirində silahlı hücum olub.

Tacxeber.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkə hesabında məlumat yayıb.

“Bu gün saat 16.30 radələrində Kanarya rayonunda AK Partiya Küçükçekmece Bələdiyyə Başçı Namizədi Əziz Yeniayın namizəd irəli sürdüyü tədbirdə uzun lüləli tapança ilə atəş açılıb”, – məlumatda deyilir.

 

Bildirilir ki, hücum zamanı bir qadın yaralanıb.
Hücumla bağlı genişmiqyaslı istintaq başladılıb.

Tacxeber.com

Oxşar xəbərlər