• 24 Noyabr 2024 03:47

İlon Maskdan qalmaqallı şərh: Krım və Donbas Rusiyada qalacaq

İlon Maskdan qalmaqallı şərh: Krım və Donbas Rusiyada qalacaq

Amerikalı iş adamı İlon Mask Krım və Donbassın Rusiyanın tərkibində qalacağını bildirib.

 

Tacxeber.com xəbər verir ki, milyarder bu barədə “Wall Street Silver”in X sosial şəbəkəsində (keçmiş Twitter) yazısına şərhində bildirib.

 

“Wall Street Silver” yazısında deyilir ki, ABŞ-ın Ukraynaya verəcəyi 60 milyard dollar heç nəyi dəyişməyəcək. “Rusiya Krımı və Ukraynanın şərqini saxlayacaq. Bunu heç nə dəyişməyəcək”, deyə yazıda qeyd edilir.

 

İlon Mask buna cavabı isə belə olub: “Doğrudur”

 

Bundan əvvəl İlon Mask ABŞ prezidenti Co Baydenin Konqresin Ukraynaya dəstək vermək istəməməsinin “cinayət səhlənkarlığı” olacağı barədə sözlərini şərh edib. Öz mesajında ​​sahibkar Amerika liderini Rusiya ilə münaqişəyə son qoymağa çağırıb.

 

Bundan əlavə, İlon Mask ABŞ Senatının Ukraynaya öz sərhədlərini qeyri-qanuni miqrant axınından qorumaqdan daha çox miqdarda maliyyə yardımı ayırmağı nəzərdə tutan qanun layihəsini tənqid edib./Qaynarinfo

Tacxeber.com

Oxşar xəbərlər