• 24 Noyabr 2024 09:54

ATU-ya yarım milyonluq avadanlıq satan sirli şirkət

Azərbaycan Tibb Universiteti (ATU) “Select Us” MMC ilə satınalma müqaviləsiz imzalayacaq.

 

Şirkət ATU-nun şəbəkə və digər avadanlıqların alınması və quraşdırılması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.

 

Tərəflər arasında bağlanacaq müqavilənin maliyyə dəyəri 529 954,91 AZN-dir.

 

“Select Us” MMC 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. Şirkətin qanuni təmsilçisi Kərimova Güllüzar Kamran qızıdır.

 

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.  (Valyuta)

 

Tacxeber.com

Oxşar xəbərlər