“Putin Ukraynada iki ölümcül səhvə yol verib…”
“Donbasda savaş FTX zabitinin rəhbərliyi altında rusiyalı hərbçilərin Ukraynanın şərq hissəsinə hərbi müdaxiləsi nəticəsində başlayıb…”
“1991-ci ilin referendumunda Donetsk və Luqansk sakinləri yekdilliklə Ukrayna dövlətinin suverenliyinə səs verib…”
Rusiyada seçkilərə buraxılmayan namizəd birbaşa efirdə Putini ittiham edib
Rusiyada 2024-cü il prezident seçkilərinə buraxılmayan rusiyalı siyasətçi Boris Nadejdin Rusiya prezidenti Vladimir Putini Donbasda müharibənin başlanmasında açıq şəkildə ittiham edib.
Bu barədə o, “Azadlıq Radiosu” rus xidmətinin “Hadisə ilə üz-üzə” proqramının efirində bəyan edib. Məlumatı “comments.ua” nəşri yazıb.
O, bəyan edib ki, FTX zabiti İqor Girkinin (Strelkov) rəhbərliyi altında rusiyalı hərbçilər Ukraynanın şərq hissəsinə hərbi müdaxilə etməyincə orada “hər-hansı atışma olmayıb”.
“Üstəlik, 2014-cü ilədək orada “Novorossiya” və ya Rusiya uğrunda hansısa milli-azadlıq hərəkatı tamamilə olmayıb. Orada heç nə olmayıb, insanlar normal yaşayıb, hər-hansı döyüş də baş verməyib, kimsə həlak olmayıb, heç kim heç kimə atəş açmayıb. Sonradan bütün baş verənlər Putinin qəbul etdiyi qərarlarla bağlı olub”, – Nadejdin bəyan edib.
O, əlavə edib ki, Kreml rəhbəri həm 2014, həm də 2022-ci illərdə “total” səhvə yol verib.
Nadejdin xatırladıb ki, 1991-ci ilin referendumunda Donetsk və Luqansk sakinləri yekdilliklə Ukrayna dövlətinin suverenliyinə səs verib.
Əhalisinin çoxsaylı rusiyayönümlü ovqatda olan Krımın özündə də heç bir milli-azadlıq hərəkatı, hər-hansı partizanlar, üzdəniraq “Novorossiya” tərəfdarları olmayıb.
“Bütün bu tarixçə olmasaydı, Ukraynada rahat yaşamaq olardı. 50 ildən sonra isə əhali, ümumiyyətlə, nə zamansa Rusiyaya meyl etməsini unudacaqdı”, – Nadejdin əmin edib.
Xatırladaq ki, Rusiya Mərkəzi Seçki Komissiyası mart ayında keçiriləcək prezident seçkilərində Ukraynaya qarşı müharibənin əleyhinə çıxan Boris Nadejdini namizədlər sihahısına salmayıb.
2014-cü ilin aprelində rusiyalı hərbçilər Donbasın bir hissəsinə soxularaq orada üzdəniraq “DXR” və “LXR” qondarma respublikalarının yaradılmasını elan edib.
Eyni zamanda Putin iddia edib ki, orada rusiyalı hərbçilər yoxdur, Donbas sakinləri, guya, “Rusiyanın tərkibinə qatılmaq istəyir”, çünki Kiyev “rusdilli əhalinin hüquqlarını pozur”.