• 24 Noyabr 2024 05:04

Küçə və ev tozu da xərçəng yarada bilir – Alimlər

 

Alimlər tozda da kanserogen maddə olduğunu aşkar ediblər.

 

Küçə, ev və məişət tozunda hormonal sistemi pozan maddə var.

“Medicina” xəbər verir ki, evdə toza səbəb olan dəri kəpəyi, ölü hüvceyrələrdən ibarət tozda flüor da aşkar edib.

 

Bu maddə diş məcunu, ləkə aparıcı maddə, yuyucu vasitələrdə də olur.
Orqanizmdə toplandıqda, xərçəng əmələ gətirir.

 

Evdəki tozda hətta yanğına davamlı maddələr də varmış. Onlar plastika, ev hava təravətləndirici spreylər, polistrol materiallardan yaranır.

 

Belə maddə və toz olan evdə uşaqlarda və böyüklərdə hormonal disbalans yaranır.

 

Evdəki tozu azaltmaq üçün 3 aydan bir dərindən təmizlənmə, köpüklə yuma, kondinsioner filtrlərini təmizləmək, evdə ayaqqabı ilə gəzməməyi tövsiyə edirlər.

Tacxeber.com

Oxşar xəbərlər