• 24 Noyabr 2024 03:48

Kremldən Azərbaycan-Ermənistan şərti sərhədində törədilən təxribata reaksiya

Rusiya Azərbaycan-Ermənistan şərti sərhədində törədilən təxribatla bağlı tərəfləri təmkinli olmağa çağırıb.

 

Bu barədə Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskovun bəyanatından aydın olub.

“Moskva Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanması üçün danışıqlar prosesinin davam ediləcəyinə ümidvardır”, – Peskov deyib.

 

O, hadisələri çox diqqətlə izləyəcəklərini və hər iki tərəflə təmasları davam etdirəcəklərini vurğulayıb.

 

D.Peskov əlavə edib ki, belə hadisələr danışıqlar prosesinin irəliləməsinə kömək etmir və sülh müqaviləsinin imzalanmasına yaxınlaşdırmır.

 

“Amma ümid edirik ki, (sülh müqaviləsinin imzalanması üçün danışıqlar – red.) prosesi davam edəcək”, – deyə Rusiya prezidentinin mətbuat katibi vurğulayıb.
Qeyd edək ki, fevralın 12-də saat 13:37-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb.

 

Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Pərviz Ağakişi oğlu Xəlilzadə yaralanıb. Hərbi qulluqçu helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib. Hərbçi əməliyyat olunub, vəziyyəti qənaətbəxşdir.

 

DSX-nin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “Qisas əməliyyatı” keçirilib.

 

Əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.

Tacxeber.com

Oxşar xəbərlər