Rusiyada ermənilərin bu suyunun satışı dayandırıldı: Təhlükəlidir
“Rospotrebnadzor” təhlükəsizlik yoxlaması aparmaq üçün “Cermux” markalı mineral suyun müəyyən partiyalarının satışının müvəqqəti dayandırıldığını elan edib.
Tacxeber.com xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
Qərar 2014-cü il fevralın 12-də Vladiqafqaz sakininin “Cermux” mineral suyunu içməsi nəticəsində qida borusunun yanması faktı ilə bağlı daxil olmuş məlumatla əlaqədar qəbul edilib.
Məhdudiyyətlər 28 dekabr 2023-cü il tarixindən istehsal edilmiş və 28 dekabr 2023-cü il tarixindən 12 fevral 2024-cü il tarixədək Rusiya bazarına verilən 0,5 litrlik şüşə butulkalara qablaşdırılan suya aiddir.