Rusiya Estoniyanın baş nazirini axtarışa verdi Dünya 13 Fevral 2024 22:40 98 Rusiya Estoniyanın baş naziri Kaja Kallası axtarışa verib. Tacxeber.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, Kallas, Rusiya Cinayət Məcəlləsinə əsasən axtarışda olanlar siyahısına əlavə edilib. Nazirlik qərarın səbəbi ilə bağlı açıqlama verməyib. Qeyd edək ki, Kallas Rusiya administrasiyasına qarşı çıxışları ilə tanınır. Tacxeber.com