Hipertoniya zamanı hansı qidanın istehlakını azaldaq?
“Duzlu və şirin qidaların həddindən artıq istehlakı qan təzyiqinin artmasına səbəb olur”.
Tacxeber.com xəbər verir ki, bu barədə terapiya kafedrasının professoru Stanislav İonov “İzvestiya”ya müsahibəsində danışıb.
İonovun sözlərinə görə, həkim xəstənin qan təzyiqini iki dəfə ardıcıl olaraq 140 millimetr civədən yuxarı qeyd edərsə, hipertoniya diaqnozu qoyur:
“Bu vəziyyətdə ilk növbədə duz qəbulunu məhdudlaşdırmaq və gündə bir qramdan çox olmayaraq yemək tövsiyə olunur. Duz bədəndə mayeni saxlayır, şişkinliyə səbəb olur və qan təzyiqini artırır”.