Ailə üzvlərini öldürən Əhmədin dayısı, görün, kim imiş
Bu gün Bakıda oğlu tərəfindən qətlə yetirilən 59 saylı məktəbin direktoru Əhmədova Bikə Bədəl qızı ilə bağlı redaksiyamıza yeni məlumat daxil olub.
Tacxeber.com Bakipost.az-a istinadən xəbər verir ki, mərhum Bikə Əhmədova Moskvadakı “Bakı bulvarı” restoranlar şəbəkəsini işlədən Niyaz Bədəlovun bacısıdır.
O da bildirilir ki, Niyaz Bədəlov tanınmış azərbaycanlı milyarder Qod Nisanovun Moskvadakı biznesini idarə edir.
Əslən Neftçaladan olan Niyaz Bədəlovun imkanlı və uğurlu iş adamı olduğu qeyd olunur.