“Atası mən deyiləm, sadəcə ad, soyad və ata adımız eynidir” – Əhmədin atası kimi təqdim edilən ŞƏXS DANIŞDI
Dünən oğlu tərəfindən amansızlıqla qətlə yetirilən 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədov “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur departamentinin rəisi olmayıb.
Tacxeber.com xəbər verir ki, sfera.az-ın əməkdaşı ADY-nin İnfrastruktur departamentinin sabiq rəisi, Əhmədov Mehman Əhməd oğlu ilə əlaqə saxlayıb.
1970-ci il təvəllüdlü Mehman Əhmədov bildirib ki, qarışıqlıq ad, soyad və ata adının eyniliyi ilə bağlı olub:
“Baş verən hadisə ilə bağlı dərin kədər hissi keçirdim. Dünəndən bəri dostlar və tanışlar narahat olub. Şükürlər olsun, sağ-salamatam. Ad, soyad və ata adımız mərhumla eyni olub, lakin doğum tariximiz fərqlidir”.