• 24 Noyabr 2024 07:12

Xərçəng erası bitirmi? – Dərmanı qeydiyyata alınır

Almaniyanın “BioNTech” biotexnoloji şirkəti 2026-cı ilə qədər xərçəngə qarşı ilk vaksinləri lisenziyalaşdırmaq və bazara buraxmağı planlaşdırır.

 

Tacxeber.com “Haber Global” nəşrinə istinadla xəbər verir ki, bu barədə şirkətin həmtəsisçiləri Özlem Türeci və Uğur Şahin bildirib.

Uğur Şahinin sözlərinə görə xərçəng əleyhinə ilk vaksinlər 2026-cı ilə qədər lisenziyalaşdırılacaq və satışa çıxarılacaq. “Hazırda ağciyər xərçənginin müəyyən növlərinə qarşı və anticisim və metastaz verən süd vəzisi xərçənginə qarşı namizəd anticisimimiz var. Bu ilin sonuna qədər sınaqların 2-ci və 3-cü mərhələlərinin başa çatmasından sonra qeydiyyatdan keçə biləcək peyvənd üçün on namizəd anticisim əldə edəcəyimizə ümid edirik”, – deyə, o qeyd edib.

 

Ümumilikdə 30 növ xərçənglə bağlı, o cümlədən dəri, bağırsaq, uşaqlıq, prostat və ağciyər xərçənginin klinik tədqiqatları davam edir. Bəzi tədqiqatlar son dərəcə səmərəli oldu, peyvəndin işlənib hazırlanması üzrə iş gedir. Onun sözlərinə görə, şirkətin qarşısında 2030-cu ilə qədər xərçəng müalicəsinə dair geniş üsullar portfeli yaratmaq məqsədi durur.

 

Özlem Türecinin sözlərinə görə, şirkət xərçəngin müalicəsində fərdi üsulların öyrənilməsinə diqqət yetirir, çünki hər bir xəstədə xərçəng hüceyrələri fərqli davranır. “Bədənin öz müdafiə sisteminin xərçənglə mübarizə apara bilməsi üçün çalışırıq. Beləliklə, bütün bədəni zəhərləyən kimyəvi terapiyaya ehtiyac olmayacaq”, – deyə o vurğulayıb.

Tədqiqatçı bildirib ki, kimyəvi terapiya, böyük şişləri müalicə etmək üçün istifadə edilə bilən çox güclü üsuldur. “BioNTech” xəstəliyin ocaqlarını müstəqil şəkildə məhv edilməsi üçün immunitetə kömək edəcək belə peyvənd növləri hazırlayacaqlarına ümid edir.

Tacxeber.com

Oxşar xəbərlər