• 22 Sentyabr 2024 01:20

“Paşinyanın ali təhsili yoxdur” – Erməni siyasi xadimdən maraqlı açıqlama

“Paşinyanın ali təhsili yoxdur” - Erməni siyasi xadimdən maraqlı açıqlama

“Bu insanlar dövlətimizi dağıdıb məhv etməyi qarşılarına ardıcıl məqsəd qoyduğundan bu istiqamətdə məqsədyönlü siyasət aparırlar”.

 

Tacxeber.com xəbər verir ki, bu sözIəri erməni siyasi xadim Edqar Qazaryan deyib.

O, həmçinin əlavə edib:

“Janna Andreasyan öz düşüncəsi və ideologiyası ilə, Azərbaycanın təhsil naziri postuna müraciət edə bilər. “Erməni kilsəsinin tarixi” fənni məktəb proqramından çıxarıldı, erməni dilinin əhəmiyyəti bütün təhsil sistemində zəiflədildi. Məktəblərdə xarici dil kimi türk və Azərbaycan dilləri tətbiq edilir”, –  deyə Kazaryan bildirib.

 

Onun sözlərinə görə, Ermənistanda təhsil sistemi məqsədyönlü şəkildə dağıdılır və bu, ali təhsil sahəsində də baş verir.

 

“Baş nazirin ali təhsili yoxdur, ona görə də bütün ali təhsillilərə qarşı kompleksi var”, – deyə Kazaryan vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər