• 22 Noyabr 2024 20:48

Dollara tələbat kəskin artıb

Bu gün – 15 fevral tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya tələb 103,9 milyon dollar təşkil edib.

 

2 gün əvvəl – 13 fevral tarixində keçirilən hərrac ilə müqayisədə valyutaya tələb aşağı düşüb.

 

Belə ki, 13 fevral tarixində hərracda 151,5 milyon dollar satılıb.

 

Məlumat üçün bildirək ki, bu ilin əvvəlindən ötən dövr ərzində Mərkəzi Bank tərəfindən 12 hərrac keçirilib və bu hərraclarda ümumilikdə 892,3 milyon dollar satılıb.

 

Müqayisə üçün qeyd edək ki, ötən ilin əvvəlindən fevral ayının 15-nə kimi olan dövr ərzində Mərkəzi Bank 11 hərrac keçirib və bu hərraclarda 287,4 milyon dollar satılıb. Rəqəmlərdən də göründüyü kimi, ötən illə müqayisədə bu il valyutaya tələb 4 dəfədən çox artıb.

 

2024-cü il

9 yanvar – 74,9 milyon dollar

11 yanvar – 80,4 milyon dollar

16 yanvar – 52,9 milyon dollar

18 yanvar – 58 milyon dollar

23 yanvar – 43,9 milyon dollar

25 yanvar – 42,8 milyon dollar

30 yanvar – 64,2 milyon dollar

1 fevral – 78,7 milyon dollar

6 fevral – 79,7 milyon dollar

8 fevral – 61,4 milyon dollar

13 fevral – 151,5 milyon dollar

15 fevral – 103,9 milyon dollar

 

2023-cü il

5 yanvar – 52,7 milyon dollar

10 yanvar – 51,2 milyon dollar

12 yanvar – 35 milyon dollar

17 yanvar – 18,7 milyon dollar

19 yanvar – 1,5 milyon dollar

24 yanvar – 0

26 yanvar – 0

31 yanvar – 29,5 milyon dollar

2 fevral – 27,5 milyon dollar

7 fevral – 14,8 milyon dollar

9 fevral – 56,7 milyon dollar

 

(Yeniavaz)

Tacxeber.com

Oxşar xəbərlər