• 22 Noyabr 2024 09:11

İlk vizanı hansı səfirliklərdən almalıyıq?

Bəzi səfirliklərdən viza alınması ilə bağlı səyahət blogerləri Sahib və Əsmər (travellers_aivazovs) sosial şəbəkə hesabında paylaşım ediblər.

 

1. Çexiya – Heç vaxt multi viza verməsə də, ən tez viza verən bu səfirlikdir. Müraciətdən 3-4 iş günü sonrası cavab artıq bəlli olur və demək olar ki, sənədlər qaydasında olarsa, rədd cavabı vermir.

 

2. Xorvatiya – Müraciət edirsiniz və 40 iş günü sonrası cavab çıxır.

3. Fransa – Sənədlər qaydasındadırsa, asan viza verir, amma ən çox viza rüsumu da bu səfirlikdədir. Əlavə olaraq, vizanızı (sənədi) evə çatdırırlar və hər kəs üçün ayrıca çatdırılma ödənişi edirsiniz. Məsələn, bir evdə 3 nəfər üçün müraciət olunubsa, hər üç şəxs ayrı çatdırılma ödənişi edir.

 

4. İtaliya – Görüş günü son zamanlar asan olsa da, rədd cavabı alma riskiniz böyükdür. Son zamanlar bəzən sənədlər yerində olsa belə rədd cavabı olur. Əlavə olaraq, sizə arayış verən şəxsin şəxsiyyət vəsiqəsini də tələb edirlər.

 

5. İsveçrə – Bura ən çox viza keçmişinə fikir verən səfirlikdir. Müraciət etsəniz, aldığınız bütün vizaların kopyasınıda aparın. Amma bu qaydasında olsa, ən çox multi viza verən səfirliklərdəndir.

 

6. Macarıstan – Son zamanlar gün almaq belə çətinləşib. Buradan viza almaq əvvəlki qədər asan deyil. Cavab hətta uçuş günü belə çıxa bilir.

 

7. Almaniya – 5 ilə 15 iş günü ərzində cavab çıxır. İş, təhsil və s. ilə bağlı viza daha asan olur, lakin yenə də çətin səfirlik deyil. Viza almaq şansınız 80%-dir.

 

8. Birləşmiş Krallıq – Hər ay evə nə qədər pul xərclədiyinizi belə soruşan, ərizə forması ən uzun olan, çox ehtiyatlı və diqqətli olması lazım olan səfirlikdir. Məncə, ilk viza üçün uyğun yer deyil.

 

İlk olaraq vizanı asan verən ölkələrdən alın. 2-3 asan ölkədən də götürə bilərsiz, amma əgər mümkün olsa, həmişə eyni səfirliyə müraciət edin. Bu şansınızı daha da artıracaq.

 

2024-cü ilin yanvar ayında dövlət büdcəsində 1 milyard 742 milyon manatlıq profisit (artıqlıq) yaranıb.

 

Bu barədə Dövlət Statistika Komitəsi bildirir  ki, bu artıqlıq ümumi daxili məhsulun 19,1 faizi qədər olub.

 

Bildirilib ki, Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən 2024-cü ilin yanvar ayında dövlət büdcəsinin gəlirləri 3 milyard 465 milyon manat, xərcləri 1 milyard 723 milyon milyon manat təşkil edib. (Valyuta)

 

Tacxeber.com

Oxşar xəbərlər