• 21 Noyabr 2024 17:54

Google TikTok-la mübarizəyə başlayır…

 

Google TikTok-un saxtakarlıqları ilə mübarizə aparmaq üçün Avropa İttifaqında kampaniyaya başlayacaq…

 

Google şirkəti Avropa İttifaqında dezinformasiyaya qarşı mübarizə kampaniyasına başlamağı planlaşdırır.

 

 

Bu barədə Reuters Agentliyi məlumat yayıb. Feyk məlumatlarla “pre-banking” köməyi ilə, yəni yayılmağa başlamazdan əvvəl xəbərdarlıq edilərək mübarizə aparılacaq.

 

Qeyd edilir ki, saxta xəbərlərlə mübarizə üçün bu ilin mart ayından etibarən şirkətin cəmiyyətə təhdidlərlə mübarizə üzrə daxili bölməsi “Jigsaw” TikTok və YouTube-da bir sıra videolar təqdim edəcək. Video beş Aİ ölkəsindən olan tamaşaçılara yönəlib: Belçika, Fransa, Almaniya, İtaliya və Polşa. Kampaniya ən azı bir ay davam edəcək – effektli olarsa, onun müddəti uzadıla bilər.

 

Videoda istifadə olunacaq “pre-banking” texnikaları Kembric Universiteti və Bristol Universitetinin tədqiqatçıları ilə birgə işlənib hazırlanıb. Onlar tamaşaçılara manipulyativ məzmunu gözlərinə dəyməzdən əvvəl tapmağa kömək etməlidirlər.  (Poliqon)

 

Tacxeber.com

Oxşar xəbərlər