• 25 Noyabr 2024 12:10

“Baləlinin bu gün ixtiyarı yoxdur ki, onlara yanlış örnək olsun”

“Dedilər ki, Baləlini 3-4 yaşında uşaq dinləyir. Bu, birinci növbədə Baləlinin ilahi nemətidir. Bəlkə də onu bu yaşda olan minlərlə uşaq dinləyir. Baləlinin bu gün ixtiyarı yoxdur ki, onlara yanlış örnək olsun”.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri yazıçı, bədii qiraıtçi Xəzər Süleymanlı “Traixin bir günü” verilişində qonaq olarkən deyib. O bildirib ki, əgər 3-4 yaşlı uşaq onu dinləyirsə, mütləq meydanlarda müəyyən şeylərə diqqət etmək lazımdır:

 

 

“Çünki Baləli son zamanlar meyxananın əsas üzdə olan obrazlarından biridir və minlərlə insan onu sevir. Onu ya klassik meyxanadan çıxarıb tam fərqli bir atmosferə salırlar, ya da bu meyxanada əruz deyənlər meydana gəlib. Hansı ki, bəlkə də bu heç toy meyxanası üçün keçərli deyil.  Bu stolüstü meyxanalar, xiridar meyxanalar üçün keçərlidir. Baləli klassik meyxanada qalsa, 3 yaşlı uşaqlara da müsbət təsiri ola bilər.

 

Çünki klassik meyxanada elə mövzulara toxuna bilər ki, o bu gün 3 yaşlı uşağın hansısa bir fikrinin dəyişməsinə səbəb ola bilər. Amma bəzən meydanlarda elə mövzular gedir ki, təsəvvür edin, 3 yaşlı uşaq həmin o meyxanaya qulaq asır və yaxud o sözləri analiz etməyə başlayır ki, görəsən, bu ifadə nə idi?”, – deyə o əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər