• 24 Noyabr 2024 08:36

Azərbaycanda internet istifadəçiləri belə aldadılır – 119 provayderə VAXT VERİLDİ

İnternet istifadəçilərin provayderlər tərəfindən aldadılmasının qarşısını almaq üçün İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) nəzarəti gücləndirib. Tənzimləyici qurum olaraq İKTA, provayder və istifadəçi arasında bağlanan müqavilə şərtlərinin qanuna uyğunluğuna nəzarət edir. Bu səlahiyyəti həyata keçirən İKTA 119 provayderin müqaviləsində qüsurlar aşkar edib.

 

Bu o deməkdir ki, 119 provayder vətəndaşlarla müqavilə bağlayarkən istifadəçinin hüquqlarını qoruyacaq şərtlərə yetərincə əməl etməyib. Bunu aradan qaldırmaq üçün provayderlərə vaxt verilib.

 

 

Bu barədə fikirləri Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz bildirib.

 

Onun sözlərinə görə, qeyd olunan şərtlər Telekommunikasiya haqqında qanunun 40-cı maddəsində nəzərdə tutulub:

 

“Provayder mütləq şəkildə internet xidmətlərinin keyfiyyətinə dair tələbləri müqavilədə qeyd etməlidir. Xidmətin nə zaman dayandırıla biləcəyi də xüsusilə qeyd edilməlidir. Düşünürəm ki, İKTA-nın bu addımları çox təqdirəlayiqdir. Tövsiyə olunur ki, istiafdəçilər provayderlərlə bağlanan müqavilələrə nəzər salsınlar və çatışmazlıqlar varsa provayderə və İKTA-ya müraciətlər etsinlər. Atılan bu addımlar ölkədə internet istifadəçilərin hüquqlarının qorunmasında, internetin keyfiyyətinin yaxşılaşmasında mühüm rol oynayacaq”.

 

Tacxeber.com

Oxşar xəbərlər