• 24 Noyabr 2024 06:57

“TikTok”da qətl səslərini paylaşan kanallar ağır CƏZALANDIRILMALIDIR! – SOSİOLOQ

"TikTok"da qətl səslərini paylaşan kanallar ağır CƏZALANDIRILMALIDIR! - SOSİOLOQ

Bildiyimiz kimi, Əhmədin ailəsini qətlə yetirdiyi görüntülərin səslərindən bir sıra istifadəçilər “TikTok”da videolar hazırlayır. İstifadəçilər məhurlaşmaq adı altında artıq platformalarda hər yola əl atırlar. Bu vəziyyət nə vaxta kimi davam edəcək? Qarşısını necə ala bilərik?

Məsələ ilə bağlı sosioloq Elçin Bayramlı bildirib ki, çox təəssüf ki sosial şəbəkələr eybəcər bir vəziyyətə gəlib çıxıb. Xüsusən “TikTok” platforması bu tip kütlə üçün geniş imkanlar yaradıb:

 

“Bütün mümkün şəraitləri yaradıb ki, biabırçılıqlar edə bilsinlər. Bu səbəbdən həmişə təklif etmişəm ki, “TikTok” birdəfəlik Azərbaycanda bağlanmalıdır. Orada artıq vəziyyət cızığından çıxıb. Azərbaycan milli-mənəvi dəyərlərinə ağır zərbə vurulur. Hər cürə əxlaqsızlıqlar, narkomaniyanın təbliği öz əksini tapır. Baxmayaraq ki, bir media şəbəkəsinin rəhbəri kimi “TikTok” şəbəkəsinin bağlanmasının tərəfdarıyam. Çünki bilinmir burda kim nədir. Digər şəbəkələrə isə ciddi nəzarət edilməlidir. Bu şəxslər qətl hadisəsi görüntülərdən məşhurlaşmaq üçün istifadə edirlər. Bu insanlar bütün pul uğrunda tanınmaq və məşhur olmaqla milli-mənəvi dəyərlərə “tüpürülmə”sinə şərait yaradır. Bu şəbəkə insanlara hər cür imkanlar açır. Artıq heç bir utanmaq, narahat olmaq, utanma qalmayıb ki, desinlər ki, bunu etmək ayıbdır. Çünki nəzarətsizlik və cəzasızlıq mühitidir”.

 

Sosioloqun sözlərinə görə, cəmiyyətimiz faktiki olaraq xəstə olduğuna görə, bunu aydın şəkildə “TikTok”da müşahidə edə bilərsiniz:

 

“Məsələn zərərli kontentlərə milyonlarla baxış olur. Hətta belələrinə yardımlar və dəstəklər də edilir. Onlar da pul və məşhurluq qazanıb həvəslənir, daha irəli getməyə çalışırlar və rəzil hərəkətlərə əl atırlar. Faydalı kontentləri paylaşsaz çox az baxılacaq. Platforma elə qurulub ki, çox baxılan kontenti daha çox məşhur edir. Əgər vəziyyət belədirsə, cəmiyyət mənfi yola gedirsə, onda dövlət işə qarışmalıdır. Bu xəstə kateqoriyanı ağıllandırmaq üçün radikal tədbirlərə ehtiyac var. Radikal tədbirlər 2 cür ola bilər. Ya “TikTok Azərbaycanda bağlanmalıdır ya da, belə kanalların sahiblərini təyin edib sərt şəkildə cəzalandırmaq lazımdır”.

 

Elçin Bayramlı qeyd edib ki, son vaxtlar bir neçəsi yüngülvari cəzalandırılıb. Bu bir qədər başqalarına dərs olub:

 

“Lakin o qədər də qorxu yaratmayıb. Deməli daha çox cəzalandırmaq lazımdır. Cəzalandıra bilmirlərsə bu şəbəkələri tamamilə bağlamaq lazımdır. Nə vaxta qədər bu biabırçılıqlar davam edəcək? Tədbir görülməlidir. Bu psixotron terrordan, əxlaqsızlıq təbliğatın törədilməsindən artıq cəmiyyət daha çox zərər çəkir. Yeni biabırçılıqlar ortaya çıxır. Bu ancaq dövlətin tədbir görəcəyi halda mümkündür. Gözləmək olmaz ki, bizim cəmiyyətimiz maariflənəcək yaxud ağıllanacaq. Kütlədən bunu gözləmək axmaqlıq olardı. Əksinə kütlə tam güc ilə dəstək verir. İllərdir bu proses belə davam edir. Xırda tədbir görməklə problemi həll etmək olmur. Onu kökündən həll etmək lazımdır. Bunları həll etməsək tezliklə daha biabırçı hallar ilə üzləşəcəyik”.

Tacxeber.com

Oxşar xəbərlər