• 22 Sentyabr 2024 01:34

Gürcüstanda Navalnının ölümü ilə bağlı aksiya keçilir: “Bu, ölüm deyil, qətldir” – VİDEO 

Tbilisi və Batumidə Aleksey Navalnının xatirəsinə həsr olunmuş aksiya keçirilir.

Tacxeber.com  xəbər verir ki, bununla bağlı görüntülər “Telegram” kanallarında yayılıb.

Görüntülərə əsasən minlərlə sakin şəhər meydanlarına toplaşıb. Aksiya iştirakçıları “bu, ölüm deyil, bu, qətldir”, “Aleksey hər zaman bizimlə olacaq” şüarları səsləndirirlər.
Qeyd edək ki, Rusiyalı müxalifətçi, Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında ölüb. Onun qan laxtalanmasından (tromb) vəfat etdiyi bildirilib.

Tacxeber.com

Oxşar xəbərlər