• 24 Noyabr 2024 04:58

Atası Navalnının ölümündən danışdı

Atası Navalnının ölümündən danışdı

Rusiyalı siyasətçi Aleksey Navalnının atası Anatoli oğlunun ölümündən danışıb. O, oğlunun vəfat xəbərini təsdiqləyib.

 

 

Bu barədə “Regnum” xəbər agentliyi məlumat yayıb.

“Bəli. Bu, artıq faktdır”, – Anatoli Navalnı jurnalistin sualını cavablandırarkən deyib.

 

O əlavə edib ki, oğlunun harada dəfn ediləcəyi barədə hələlik heç nə deyə bilməz.

 

Qeyd edək ki, A. Navalnı xüsusi rejimli cəzaçəkmə müəssisəsində vəfat edib. Onun tromb yaranması səbəbindən öldüyü bildirilir.

 

Xatırladaq ki, A. Navalnı 2021-ci il yanvarın 17-də fırıldaqçılıq və hakimi təhqir etməsi ittihamı ilə həbs edilmiş, 2023-cü ilin avqustunda 19 il müddətinə azadlıqdan məhrum edilmişdi.

 

Tacxeber.com

Oxşar xəbərlər