• 22 Noyabr 2024 13:10

İsrail Tehranda zavodu partlatdı

Tehranda kimya zavodunda baş verən partlayışa görə İsrail məsuliyyət daşıyır.

 

Bu haqda “Nyu York Tayms” qəzeti SEPAH-a bağlı mənbələrə istinadən məlumat yayıb.

 

“Bu yeni hücumlar İsrail və İranın illərdir hava, quru, dəniz və kiberhücumlarla apardıqları dolayı müharibədə əhəmiyyətli dəyişikliyi göstərir”, – məlumatda bildirilib.

 

Qeyd edək ki, ötən gün Tehran ostanının Şəhri-Qüds bölgəsində bir neçə güclü partlayış olub. Rəsmilər isə bunun milli təhlükəsizliklə bağlı olmadığını iddia etmişdi.

Tacxeber.com

Oxşar xəbərlər