• 22 Noyabr 2024 06:26

Bəraət alan Aydın 1 milyon manat istəmişdi – Bu qədər veriləcək. VİDEO

İki nəfərin qətlinə görə ömürlük məhkum edilərək 9 il sonra bəraət alan Aydın Qəhrəmanovun təzminat tələbinə baxılıb.

 

“Tacxeber” “Qafqazinfo”ya istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsi iddianı qismən təmin edib.

 

 

Qəhrəmanov həbsdə keçirdiyi 9 ilin maddi və mənəvi ziyanı üçün 1 milyon manat tələb edib. İddiaya cavabdeh kimi Maliyyə Nazirliyi və Baş Prokurorluq tanınıb. Hakim Əfsanə Heydərova iddiaçı və cavabdeh tərəflərin çıxışlarını dinlədikdən sonra qərarı elan edib.

 

Qərara əsasən, Aydın Qəhrəmanova mənəvi ziyana görə 114 min manat təzminat kəsilib. Maddi ziyanla bağlı tələb isə rədd edilib.

 

İddiaçı qərardan narazı qalıb.

 

Qeyd edək ki, Aydın Qəhrəmanov birlikdə yaşadığı qadını və onun qardaşı qızını öldürməkdə təqsirli bilinərək ömürlük məhkum edilib.

 

9 il sonra-2022-ci ilin sonunda Bakı Apellyasiya Məhkəməsi Qəhrəmanova bəraət verib.

 

 

Tacxeber.com

Oxşar xəbərlər