• 24 Noyabr 2024 07:05

Aleksey Navalnının cəsədi itdi

Aleksey Navalnının cəsədi itdi

Aleksey Navalnının cəsədi itib.

Tacxeber.com xəbər verir ki, bu barədə siyasətçinin mətbuat katibi Kira Yarmış bildirib.

 

Onun sözlərinə görə, Navalnının anasına oğlunun cəsədinin Yamalo-Nenetsk Muxtar Dairəsinin Salexard şəhərində olduğu barədə rəsmi bildiriş verilib.

 

“Alekseyin anasına göndərilən rəsmi bildirişdə göstərilir ki, onun ölümü fevralın 16-da yerli vaxtla saat 14:17-də baş verib. Koloniyanın əməkdaşı Navalnının cəsədinin Salexardda olduğunu bildirib. İstintaq Komitəsinin müstəntiqləri onu aparıblar. Onlar hazırda bununla bağlı araşdırma aparırlar”, – deyə o, özünün “X” hesabında qeyd edib.

 

Yarmışın sözlərinə görə, Navalnının vəkili və anası Salexard morquna getsələr də, ora bağlı olub.

 

“Vəkil qapıda göstərilən telefon nömrəsinə zəng etdi. Ona dedilər ki, vəkil bu gün zəng edən yeddinci şəxsdir. Onların morqunda Alekseyin cəsədi yoxdur”, – deyə Yarmış əlavə edib.

 

Xatırladaq ki, fevralın 16-da günortadan sonra Rusiyanın Yamalo-Nenetsk Muxtar Dairəsi üzrə Federal Penitensiar Xidməti Navalnının 3 saylı cəzaçəkmə koloniyasında ölməsi barədə məlumat yayıb. Məlumata görə, o, gəzintidən sonra özünü pis hiss edib və huşunu itirib, gələn həkimlər reanimasiya tədbirlərindən sonra onun öldüyünü müəyyən ediblər.

Tacxeber.com

Oxşar xəbərlər