Alimlər: Çəyirtkələrin hücumları dünya ərzaq təhlükəsizliyini təhdid edir
Qlobal istiləşmə səbəbindən getdikcə daha çox çəyirtkə hücumları qlobal qida təhlükəsizliyini təhdid edir.
Tacxeber.com xəbər verir ki, bu barədə sinqapurlu və çinli alimlər Sinyue Liu, Dunsyao Çjan, Siaoqan He “Science advances” elmi jurnalı üçün məqalədə məlumat veriblər.
“İqlimin istiləşməsi çəyirtkə istilalarının geniş yayılmasına səbəb olacaq və çəyirtkələrə nəzarətin ümumdünya koordinasiyası üçün yeni çağırışlara səbəb olacaq”, – məqalədə bildirilir.