• 24 Noyabr 2024 13:46

Navalnının ölümü: London yeni sanksiyalar hazırlayır

London Rusiya siyasətçisi Aleksey Navalnının ölümü ilə bağlı fərdi sanksiyaların tətbiqini nəzərdən keçirəcək

 

Tacxeber.com”Sky News”a istinadla xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron deyib.

 

O bildirib: “Buna görə məsuliyyət daşıyan fərdi şəxslərin olub-olmamasına və bizim görə biləcəyimiz fərdi tədbirlər, addımların olub-olmamasına baxırıq”.

 

A. Navalnı fevralın 16-da 3 saylı cəzaçəkmə müəssisəsində dünyasını dəyişib. İstintaq Komitəsi ölüm faktı ilə bağlı araşdırmalara başlayıb.

Tacxeber.com

Oxşar xəbərlər