• 23 Noyabr 2024 07:45

“Mir Mövsüm Ağa möhtəşəm seyid idisə, niyə özünü sağalda bilmirdi?!”

“Mənim “İslamda yoxdur” kitabım Azərbaycanda qadağan olunub. Həmin o kitabın bölümlərindən biri və qadağaya səbəb kimi göstərilən kitabda islamda seyidlik olmadığı qeyd olunurdu. Seyidlik məsələsi yoxdur və seyidin, yüngülü ağırı olmur. Bunlar uydurmadır”.

Bu sözləri yenisabah.az-a ilahiyyatçı Elşad Miri sosial şəbəkələrdə yol polisi əməkdaşlarının özünü Mir Mövsüm Ağanın nəvəsi kimi təqdim edən şəxsə cərimə yazdıqdan sonra polis əməkdaşlarının qəzaya düşməsiylə əlaqələndirilmisinə münasibət bildirərkən deyib.

O, deyib ki, insanın kim olması ona hüç bir halda üstünlük vermir: “Bir insanın seyid olmağı başqalarıyla münasibətdə üstünlük sayıla bilməz. İkinci növbədə, kimisə nəvəsi olmağı ona qanun qarşısında məsuliyyətsiz davranmağa əsas vermir. Allah Quranda deyir ki, yeganə üstünlük Allaha qarşı münasibətdə məsuliyyətli olmaqda, yəni, təqvada olmaqdadır. Adı çəkilən şəxs özü elə möhtəşəm seyid idisə, niyə özünü sağalda bilmirdi?! O şəxs özünü ayağa qaldıra bilirdimi? Bu məsələnin islamda heç bir əhəmiyyəti əsası yoxdur”.

İlahiyyatçı peyğəmbər nəslindən gəlmənin hər hansı üstünlük olmadığını, hətta həmin şəxslərin bəzilərinin kafir olduğunun Quranda qeyd olunmasını da diqqətə çatdırıb: “Qurana baxdığımız zaman Nuh peyğəmbərin (ə.s) oğlunun kafir olmağından bəhs olunur, İbrahim peyğəmbərin (ə.s) atasının, Məhəmməd Peyğəmbərin (s.ə.v) əmisinin kafir olmağı bildirilir. Əgər, peyğəmbər nəslindən gəlmək bir üstünlük olsaydı, Allah Quranda bu məsələləri xüsusi olaraq vurğulayardımı? Bəzi ölkələrdə bu cür şəxs anlayışı ortalığa çıxıb. Bizim üçün həmin o şəxslər deyil, mexanizm olmalıdır. Deyirlər təhlükəsizlik orqanları da gələndə maşın sınıb, işləməyib. Bir maşınla gələn, o maşını da xarab olan təhlükəsizlik orqanları batsın. Bunlar biabrçılıqdır. Belə nağıllarla sadəcə bizim başımızı aldatmağa çalışırlar. Bu insnaların Allah qarşısında heç bir üstünlüyü yoxdur. Belə iddia eləməyin də heç bir əsası yoxdur. Bunlar sadəcə olaraq din adı altında insanları aldadırlar”.

Tacxeber.az

Oxşar xəbərlər