Karaman Şahruddinin səhvindən və onu əvəzləməsindən danışdı
“İki qol buraxan və ruhdan düşən dostumuz var idi. Belə hallar ola bilər. O da bizim oyunçumuzdur. Problem yoxdur”.
Bu sözləri Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi “Adana Demirspor”un baş məşqçisi Hikmət Karaman Superliqanın son turunda “Alanyaspor”la oyundan (3:3) sonra mətbuat konfransında deyib.
O, 2-ci qolda kobud səhvə yol verən Şahruddini fasilədən sonra əvəzləməsinə münasibət bildirib: “Hamı bilir ki, fərdi səhvin qarşısını baş məşqçi ala bilməz. Bu cür səhvlərdə oyunçu dəyişikliyi etmək də asan deyil. Qapıçı səhv edə bilər. Futbolda belə şeylər olur. Nəhayət, fasilədə qapıçı məşqçimizlə də danışdım və o riski edərək dəyişik etdim. Vedat Karakuş da yaxşı oynadı, penaltini qaytardı, qurtarışlar etdi. O, “mən də bu rəqabətdə varam” dedi”.