• 24 Noyabr 2024 03:18

Navalnının nəşi ailəsinə təhvil verilmir

 

 

Aleksey Navalnının anası və vəkilləri siyasətçinin cəsədinin yerləşdiyi Salexarddakı morqa buraxılmayıb.

 

 “Meduza.io”  xəbər verir ki, bu barədə fevralın 19-da Navalnının mətbuat katibi Kira Yarmış bildirib.

 

“Səhər tezdən Alekseyin anası və vəkilləri morqa gəliblər. Amma onların içəri girməsinə icazə verilməyib. Vəkillərdən biri sözün əsl mənasında oradan qovulub. İşçilər isə Alekseyin cəsədinin orada olub-olmaması sualına cavab vermirlər”, – Yarmış açıqlamasında bildirib.

 

Öz növbəsində, İstintaq Komitəsi Navalnının anasına və vəkillərinə siyasətçinin ölüm şəraiti barədə araşdırmanın uzadıldığını bildiriblər.

 

“Ölümün səbəbi hələ də “müəyyən edilməyib”. Araşdırmanın daha nə qədər vaxt alacağı da məlum deyil”, – Yarmış X sosial şəbəkəsində yazıb və əlavə edib: “Onlar yalan danışırlar, vaxt alırlar və hətta bunu gizlətmirlər”.

 

Fevralın 16-da Rusiya Federal Penitensiar Xidməti Aleksey Navalnının Yamalo-Nenets rayonunun Xarp kəndindəki koloniyada öldüyü barədə açıqlama yayıb.

 

47 yaşlı siyasətçinin ölümündən sonra Rusiya miqyasında insanlar onu anmaq üçün küçələrə çıxıb. 400-dən çox insanın polis tərəfindən saxlanıldığı barədə məlumatlar yayılıb.

 

Putinin ən qatı müxalifi hesab olunan Aleksey Navalnı 2021-ci ildən bəri həbsdə idi. (ToplumTv)

 

Tacxeber.com

Oxşar xəbərlər