• 22 Sentyabr 2024 11:39

Trampdan maraqlı seçki kampaniyası – Ayaqqabı satmağa başladı

ABŞ-də keçirilən prezident seçkilərində Donald Tramp kampaniyasını maliyyələşdirmək üçün qeyri-adi addım atıb.


Yeniavaz.com 
xarici KİV-ə istinadla xəbər verir ki, Tramp məhdud sayda buraxılacaq qızıl rəngli idman ayaqqabılarını təqdim edib.

Ayaqqabı Trampın daşınmaz əmlak fırıldaqçılığına görə 355 milyon dollar cərimələnməsindən sonra satışa çıxarılıb.

Amerikanın keçmiş prezidenti yeni məhsulunu “Dünyanın ən böyük idman ayaqqabısı” şüarı ilə təqdim edib. Filadelfiyada keçirilən təqdimatda Tramp 10 ildən artıqdır ki, ayaqqabı buraxmaq ideyası üzərində düşündüyünü bildirib.

Məlumata görə, üzərində “T” hərfi və Amerika bayrağı olan “The Never Surrender High-Tops” adlı qızıl rəngli idman ayaqqabısı məhdud sayda olacaq. Bu ayaqqabılardan hər birinin qiyməti 399 dollar olmaqla 1000 cüt buraxılacaq, Təsadüfi seçilmiş 10 cütdə isə Trampın avtoqrafı olacaq.

İdman ayaqqabılarının 2024-cü ilin iyulunda satışa çıxacağı gözlənilir.
Bildirildiyinə görə, əvvəlcədən sifariş üçün mövcud olan bütün cütlər satılıb.


Tacxeber.com

Oxşar xəbərlər