• 24 Noyabr 2024 07:31

Navalnının həyat yoldaşından Putinə şok ittiham 

Fevralın 16-da həbsxanada öldüyü açıqlanan rusiyalı müxalifətçi Aleksey Navalnının qəfil ölümünün üzərindəki sirr pərdəsi hələ də qalxmayıb. Kremlin məsələ ilə bağlı susqunluğu, Navalnının meyitinin harada olması ilə bağlı hələ də qeyri-müəyyənlik var

 

Musavat.com xəbər verir ki, Navalnının həyat yoldaşı Yuliya Navalnaya müxalifətçinin ölümündə növbəti dəfə Vladimir Putini günahlandırıb və rus xalqını mübarizədə ona dəstək olmağa çağırıb.

 

Navalyana ərini Putinin öldürdüyünü iddia edərək, bununla onu həyat yoldaşından, iki uşağını isə atasından ayırdığını bildirib.

 

“Putin Alekseyi öldürməklə mənim yarımı, ürəyimi və ruhumu öldürdü. Amma məndə hələ də digər yarısı var və bu mənə deyir ki, mənim təslim olmağa haqqım yoxdur… Navalnının işini davam etdirəcəyəm və ölkəmiz üçün mübarizə aparacağam” – o deyib.

Tacxeber.com

Oxşar xəbərlər