Ukraynaya Mi-8 təyyarəsini qaçıran rus pilot İspaniyada qətlə yetirilib.
Tacxeber.com İspaniya mətbuatına istinadən xəbər verir ki, Ukraynaya Mi-8 təyyarəsini qaçıran rus pilot Maksim Kuzminov İspaniyada qətlə yetirilib.
Bu arada İspan polisi məlumat yayıb ki, Villajoyosa bələdiyyəsində iki naməlum şəxs Ukrayna vətəndaşını tapança ilə güllələyərək qətlə yetirib.
Xatırladaq ki, 2023-cü ilin avqust ayının 9-da rusiyalı pilot Maksim Kuzminov Kurskdan Mi-8 helikopterini qaçıraraq Ukraynaya aparıb.
Onunla birlikdə təyyarədə iki ekipaj üzvü olub. Kuzminovun sözlərinə görə, onlar təyyarənin qaçırılmasından xəbərsiz olublar. Lakin Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov bildirib ki, enişdən sonra Kuzminovla birlikdə uçan 2 nəfər ekipaj üzvləri müqavimət göstərib və buna görə də məhv ediliblər.
Tacxeber bildirir ki, Ukraynanın Baş Kəşfiyyat İdarəsi Maksim Kuzminovun ölümünü təsdiqləyib.