• 24 Noyabr 2024 06:32

Rus qoşunları hücuma keçdi, 264 hərbçisini itirdi

 

 

Liman-Kupyansk istiqamətində rus hərbçiləri Donetsk vilayətinin Ternı kəndi yaxınlığında Ukrayna qoşunlarının mövqelərini tutmaq üçün hücuma cəhd göstəriblər.

 

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Şərq” qoşun qrupunun mətbuat xidmətinin rəhbəri İlya Yevlaş bildirib.

 

Onun sözlərinə görə, ukraynalı müdafiəçilər orada müdafiəni aktiv şəkildə saxlayırlar və hazırda düşmən uğur qazana bilmir:

 

“Rus işğalçılar minaatanlardan və FPV pilotsuz təyyarələrdən istifadə etməklə, Liman-Kupyansk istiqamətində məsuliyyət zonasında 489 hücum həyata keçirib. Həmçinin 8 dəfə aviasiyadan, əsasən Su-34 və KAB-lardan istifadə edib. Hərbi toqquşmalar zamanı düşmənin 264 işğalçısı ölüb və yaralanıb. Eyni zamanda, 26 ədəd silah və hərbi texnikası sıradan çıxıb. Bunların arasında 6 tank, 5 PDM, 5 ədəd 122 mm-lik D-30, üç rabitə antenası və s. var. 8 sığınacaq və daha üç sursat anbarı məhv edilib”.

 

 

Tacxeber.com

Oxşar xəbərlər