• 24 Noyabr 2024 21:30

Azərbaycanda ən yüksək ölüm göstəricisi olan RAYONLAR – MÜQAYİSƏ

 

 

Azərbaycanda ötən il ölüm səviyyəsi 5,9 olub. Yəni ötən il hər min nəfərdən 5,9 nəfəri dünyasını dəyişib.

 

Ölkənin bəzi yaşayış məntəqələrində ölüm səviyyəsi respublika üzrə orta göstəricidən aşağı olsa da bəzilərində ölüm səviyyəsi xeyli yüksək olub.

 

Maraqlı fakt ondan ibarətdir ki, ölkəmizdə ölüm səviyyəsi yüksək olan rayonlar əsasən dağlıq bölgələrdə yerləşən rayonlardır.

 

Ölkəmizdə ən yüksək ölüm göstəricisi Gədəbəy və Ağstafa rayonlarında qeydə alınıb. Gədəbəydə hər min nəfərin 7,9-u, Ağstafada 7,8-i dünyasını dəyişib.

 

Daşkəsən və Qazax rayonlarında da ölüm göstəricisi yüksək olub. Hər iki rayonda ölüm sayı 1000 nəfərə 7,5-dir. Bu göstərici Goranboyda 7,4 nəfər, Göygöl, Samux, Tovuz rayonlarında 7,1 nəfər, İsmayıllı rayonunda 7 nəfər təşkil edib.

 

Bakıda ölüm göstəricisi hər 1000 nəfərə 6,1 olub. Paytaxtın Yasamal və Suraxanı rayonlarında ölüm sayı digərlərindən kəskin fərqlənib. Xüsusən Yasamal rayonunda ölüm səviyyəsi çox yüksək olub. Bu rayonda qeydiyyatda olan hər 1000 nəfərin 8,7 nəfəri ötən il dünyasını dəyişib. Suraxanı da isə ölüm sayı 7,3 olub.

 

Azərbaycanın bəzi yaşayış məntəqələri var ki, orada ölüm göstəricisi çox aşağıdır. Bu baxımdan fərqlənən yaşayış məntəqəsi Abşeron rayonudur. Ötən il Abşeronda hər 1000 nəfərin cəmi 2,8 nəfəri dünyasını dəyişib.

 

Ölüm göstəricisi aşağı olan digər yaşayış məntəqələri arasında Yardımlı rayonunun (4,1 nəfər), Culfa rayonunun (4,2 nəfər), Şərur (4,3 nəfər) və Babək rayonlarının (4,4 nəfər) adını çəkmək olar.  (Sfera)

 

Tacxeber.com

Oxşar xəbərlər